Şəkidə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirmə baş tutub

Press-relizlər / 02.05.2018 / 12:34

Mayın 2-də Şəki  Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ),  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm  və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Şəki rayon Biləcik kəndində baş tutan tədbirdə Şəki ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilov, şöbənin əməkdaşları Anar Xaliqov, Tural Niftaliyev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki şəhər Təhsil şöbəsinin əməkdaşı Anar Məmmədov, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər Təhsil şöbəsinin əməkdaşı Anar Məmmədov mövzunun əhəmiyyətindən və aktuallığından danışıb.
ŞƏKİ ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilov narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanların fəsadları haqqında geniş məlumat verib. T. Abdullayev radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Anar Xaliqov şagirdlərə erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə edib. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
 
 


Son baxılan xəbərlər

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

Press-relizlər
22.04.2021 / 10:38
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA İnformasiya Agentliyinə verdiyi müsahibəsi bir sıra xarici xəbər ...

Press-relizlər
07.12.2020 / 15:47
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.01.2018 / 13:59
Ətraflı oxu