Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 27.04.2018 / 11:38

Aprelin 26-da  Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Alxanlı kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Alxanlı kənd tam orta məktəbinin direktoru Nizami Əliyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
RİH-in əməkdaşı Qabil Əliyev tədbiri açaraq bildirib ki, nümayiş olunacaq bu film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilib. Qeyd edib ki, “Şəhadət” filmində bir neçə məsələdən bəhs olunur, xüsusilə Qarabağ uğrunda gedən döyüşlərdə döyüşmüş və şəhid olmuş əsgərlərimizin dövlət və xalqımız tərəfindən necə hörmət və ehtiramla yad edildiyi nümayiş olunur, onların valideynləri övladlarının Vətən uğrunda şəhid olmalarından heç də təəssüflənmir, əksinə qürur hissi keçirirlər ki, onların övladları Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olublar. Filmdə toxunulan ikinci məsələdə xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrdə və terror təşkilatlarında iştirak edərək vəfat edən azərbaycanlı gənclərin valideynlərinin övladlarının əməllərinə görə təəssüflənməsi və xəcalət hissi keçirməsi nümayiş olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov və Alxanlı kənd tam orta məktəbin direktoru Taleh Qurbanov çıxış edərək bildiriblər ki, “Şəhadət” filminin nümayişi gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.
 
 
 


Son baxılan xəbərlər

“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

Kitablar
27.10.2017 / 16:01
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Press-relizlər
21.01.2020 / 14:45
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Küveytin səfiri ilə görüşüb

Press-relizlər
24.07.2019 / 16:19
Ətraflı oxu

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

Press-relizlər
30.03.2018 / 11:06
Ətraflı oxu