DQİDK-nın dəstəyi ilə bölgələrdə aprel döyüşlərinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər / 25.04.2018 / 15:53

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran, Masallı, Xaçmaz və Qazax rayonlarında aprel döyüşlərinə həsr edilən tədbirlər keçirilib.
Dövlət Komitəsinin bölgə şöbələrinin əməkdaşları, Lənkəran, Qazax, Xaçmaz və Masallı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, müəllimlər, gənclər və digər şəxslərin iştirak etdiyi tədbirlərdə vurğulanıb ki, aprel şəhidləri qürur mənbəyimizdir və onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Çıxış edən natiqlər torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər.
Bildirilib ki, döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib.
Hər üç tədbirdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 17:37
Ətraflı oxu

Göyçayda "Zərərli vərdişlərə, dini radikalizmə, erkən nikaha "yox" deyirik" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.02.2019 / 11:06
Ətraflı oxu

Avropa İttifaqının nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Press-relizlər
29.10.2018 / 16:26
Ətraflı oxu

Ağdaşda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.11.2019 / 14:03
Ətraflı oxu

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
15.11.2017 / 16:06
Ətraflı oxu

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu