Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilir

Press-relizlər / 23.04.2018 / 14:21

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Hüquq mühafizə orqanları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Şamaxı RİH başçısının birinci müavini Qasım Qasımov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. RİH başçısının birinci müavini eyni zamanda, rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Natiq dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb.
S. Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Dini radikalizmin fəsadlarından da danışan S.Salahlı dünyanın bir çox ölkələrinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib və Azərbaycanda dini radikalizmə qarşı ideoloji, iqtisadi və hüquqi mübarizə aparıldığını diqqətə çatdırıb. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini ekstemizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dinə və dindarlara göstərdiyi qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”

Press-relizlər
06.04.2018 / 11:22
Ətraflı oxu

Mingəçevirdə “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
06.09.2017 / 16:42
Ətraflı oxu

Şəkidə “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Press-relizlər
13.05.2017 / 09:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama
24.01.2018 / 13:07
Ətraflı oxu

Lənkəranda “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı tədbir keçirilib

Press-relizlər
01.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət dini mağazalara necə nəzarət edir?

Müsahibələr
10.09.2015 / 11:00
Ətraflı oxu