Astarada “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 20.04.2018 / 09:42

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə rayonun Hamoşam kənd tam orta məktəbində “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, əməkdaşı Turan Həsənzadə, Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşam kənd tam orta məktəbinin direktoru  Asəf Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hamoşam kənd tam orta məktəbin direktoru  Asəf Abdulov keçirilən tədbirlərin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.                       
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə müasir cəmiyyətimizdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıb. T.Həsənzadə ölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Astara Rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev zərərli vərdişlərə, erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.
Astara RİH başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov və digərləri çıxışlarında gənclərin zərərli vərdişlərdən uzaq olmalarının onların sağlam həyat sürmələrində zəruri şərt olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər
27.02.2019 / 10:20
Ətraflı oxu

Bakıda "Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi" mövzusunda konfrans keçirilib

Xəbərlər
29.10.2019 / 16:27
Ətraflı oxu

Zaqatalada “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib

Press-relizlər
26.01.2017 / 09:59
Ətraflı oxu

Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
29.07.2019 / 15:07
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”

Xəbərlər
19.10.2020 / 11:41
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllıda iftar süfrəsi təşkil edilib

Press-relizlər
07.06.2018 / 10:22
Ətraflı oxu