Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən seminar-müşavirə yekunlaşıb

Press-relizlər / 19.04.2018 / 16:51

Aprelin 19-da Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb.
Yuxarı sinif şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Daha sonra çıxış edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, tədbirin keçirilməsində məqsəd gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaqdır. Gənclərin dini radikal qruplara qoşulma səbəbləri haqqında danışan E.Qafarov dini radikalizmə qarşı mübarizə metodları barədə məlumat verib. Qeyd edib ki, dini radikalizmə qarşı mübarizə və gənc nəslin dini radikal qruplara qoşulmasının qarşısını almaq üçün gənclərin düzgün dini bilgilərlə məlumatlandırılması mühümdür. O, bu baxımdan belə seminar-treninqin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Milli-mənəvi dəyərlərin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu olduğunu deyən sədrin birinci müavini müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin bu ümdə dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaratdığını qeyd edib. Gənclərə öz tövsiyələrini verən Səyyad Salahlı dini radikal qrupların zərərli təsirindən qorunmaq üçün onlara elm və təhsilə maraq göstərmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini məsləhət görüb.
Sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə çıxış edib. O, terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini qeyd edən sektor müdiri, dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı altında terror hadisələri törədirlər. Natiq qeyd edib ki, gənclərin dini radikalizm və ekstremizmdən qorunması üçün təhsil və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev Aprel döyüşləri şəhidlərini gənclərə nümunə göstərib, onların mübarizə yolunun örnək olduğunu bildirib.
QMİ-nin səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov bəzi dairələrdə İslama qarşı mənfi münasibətin olduğunu, onların müsəlman ölkələrində dini zəmində münaqişlər yaratmağa cəhd etdiklərini bildirib. Qeyd edib ki, buna görə də gəncləri dini radikalizm, ekstremizm və digər zərərli vərdişlərdən qorumaq, onlara düzgün savad, elm öyrətmək lazımdır. F.Cəfərov keçirilən tədbirin bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Press-relizlər
17.09.2018 / 11:31
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib

Press-relizlər
15.01.2018 / 15:17
Ətraflı oxu

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Press-relizlər
06.11.2018 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Xəbərlər
26.07.2019 / 17:30
Ətraflı oxu

Beyləqanda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirib

Press-relizlər
25.01.2019 / 15:31
Ətraflı oxu