Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 19.04.2018 / 16:24

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə rayonun peşə liseyində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsinin vacibliyini qeyd edib. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxış edərək filmin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışıb. O, gənclərin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda, onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.       
   
    


Son baxılan xəbərlər

Lənkəranda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq!” adlı tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 17:09
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.11.2019 / 16:27
Ətraflı oxu

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
23.10.2018 / 09:53
Ətraflı oxu

Qaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
05.11.2019 / 17:04
Ətraflı oxu

Qazaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
21.06.2018 / 16:52
Ətraflı oxu

Sumqayıtda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
06.11.2018 / 15:25
Ətraflı oxu