Vətəni sevmək imandandır

Press-relizlər / 18.04.2018 / 16:31

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Bağbanlı kəndində “Vətəni sevmək imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, ziyalılar və gənclər iştirak ediblər.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov mövzunun əhəmiyyətindən danışıb. Natiq bildirib ki, ölkədə dini sabitliyin saxlanılması və qorunması sahəsində xeyli tədbirlər həyata keçirilib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev isə çıxışında  aprel döyüşlərindən bəhs edib. Vurğulayıb ki, ordumuz öz gücünü qəsbkarlara bir daha nümayiş etdirdi.
Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov çıxışında qeyd edib ki, təhsil bir millətin gələcəyi olmaqla yanaşı, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində əvəzsiz rol oynayır. Bu baxımdan yeniyetmə və gənclər arasında düzgün təbliğatın aparılması, milli-mənəvi dəyərlərimizin onların diqqətinə olduğu kimi çatıdırılması təhsil sahəsində çalışanların ən mühüm vəzifələrindəndir.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib, suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu

Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər
01.10.2019 / 17:39
Ətraflı oxu