Zaqatalada “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 17.04.2018 / 18:16

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Şabanov, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı Əli Əlləzov  və Ruslan Şıxəmirov rayon Təhsil Şöbəsinin metodisti Vüsalə Rzayeva, eləcə də müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Əliabad qəsəbə tam orta məktəbinin direktoru İradə İbrahimxəlilova qeyd edib ki, aprel döyüşləri tariximizə həm də Azərbaycan ordusunun düşmən üzərində qazandığı möhtəşəm qələbə kimi də daxil olub.
Daha sonra çıxış edən Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərin tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev aprel döyüşləri barədə məlumat verib, Azərbaycan ordusunun öz gücü ilə hər zaman düşmənə layiqli cavab göstərmək iqtidarında olmasını dilə gətirib. Bu qələbənin tariximizin yaddaşında şanlı səhifə olduğunu qeyd edən natiq Vətənin azadlığı uğrunda canını və qanını fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özümüzə nümunə götürməyi məktəblilərin diqqətinə çatdırıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
    

Son baxılan xəbərlər

Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər
13.03.2019 / 16:48
Ətraflı oxu

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

Masallıda “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusu müzakirə olunub

Press-relizlər
27.04.2018 / 14:57
Ətraflı oxu

DQİDK-nın sədr müavini Gündüz İsmayılov: “Tolerantlıq başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzidir”

Müsahibələr
30.08.2017 / 11:40
Ətraflı oxu

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu

Şirvanda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
30.01.2018 / 17:59
Ətraflı oxu