Balakəndə “Aprel döyüşləri - vətənpərvərlik nümunəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.04.2018 / 13:30

Aprelin 13-də Balakən rayonu Şanbul kənd tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel döyüşləri - vətənpərvərlik nümunəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayonu Şanbul kənd tam orta məktəbin direktor müavini Xanım Zurnayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Xanım Zurnayeva vətənpərvərlik hissinin məktəblilərin tərbiyə olunmasında önəmli rol oynamasından bəhs edib və aprel döyüşlərində qazanılan qələbənin ordumuzun güclü olmasından xəbər verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə aprel döyüşləri barədə məlumat verib, Azərbaycan ordusunun öz gücünü hər zaman düşmənə layiqli cavab göstərmək iqtidarında olmasını dilə gətirib. Bu qələbənin tariximizin yaddaşında şanlı səhifə olduğunu qeyd edən natiq Vətənin azadlığı uğrunda canını və qanını fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özümüzə nümunə götürməyi məktəblilərin diqqətinə çatdırıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.


 


Son baxılan xəbərlər

Türk dünyasının multikulturalizmi

Multikulturalizm
30.03.2016 / 11:17
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Sinqapur konfransı: Azərbaycan tolerantlığın qorunduğu ən yaxşı nümunələr sırasında

Press-relizlər
02.08.2016 / 16:02
Ətraflı oxu

Prezident İlham Əliyev : "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Press-relizlər
20.10.2017 / 16:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu RİH Nardaranda birgə tədbir keçirib

Press-relizlər
10.11.2016 / 17:24
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ...

Press-relizlər
01.05.2019 / 14:47
Ətraflı oxu