Göyçayda "Aprel şəhidlərinin yolu gənclərə nümunədir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.04.2018 / 17:33

Aprelin 9-da Göyçay Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Elton Əkbərov adına şəhər 2 saylı tam orta məktəbdə “Aprel şəhidlərinin yolu gənclərə nümunədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, 2 saylı tam orta məktəbin direktoru Fatma Həmidova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün təntənəsi olduğunu qeyd edib. O bildirib ki, bu qələbə xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut edib.
Daha sonra çıxış edən Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov bütün ölkədə olduğu kimi, Göyçayda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər bildiriblər ki, 2016-cı ilin aprel döyüşləri zamanı milli ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbə dadını bəxş ediblər. Tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.12.2017 / 11:46
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı ərəb dilində çap edilib

Kitablar
27.10.2017 / 15:47
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu