Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 06.04.2018 / 17:24

Aprelin 6-da Tərtər Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Sarıcalı kənd tam orta məktəbində DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov, Sarıcalı kənd tam orta məktəbinin direktoru Çimnaz Nuriyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər RİH-in əməkdaşı Elvin Umudov açaraq bildirib ki, bu film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir və gənclərin vətənpərvər ruhda tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, “Şəhadət” sənədli filmində dini radikalizmin qurbanı olmuş və başqa ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş insanların acı taleləri ilə yanaşı, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizdən bəhs olunur.
Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon "Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov və Sarıcalı kənd tam orta məktəbinin direktoru Çimnaz Nuriyeva mövzu ilə bağlı öz fikirlərini bildiriblər. 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Lerikdə vətəndaşlarla görüşüb

Press-relizlər
25.10.2019 / 15:01
Ətraflı oxu

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.09.2018 / 12:18
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

Gəncədə Şah Abbas məscidində azan verilməməsinə aydınlıq gətirilib

Açıqlama
19.04.2017 / 18:07
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

Xəbərlər
19.01.2021 / 10:29
Ətraflı oxu