Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Press-relizlər / 03.04.2018 / 13:56

Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə adıçəkilən muzeydə “Aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı Rəvan Nəsirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Müharibə, Əmək,Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, şəhid ailələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva aprel döyüşləri barədə geniş çıxış edərək qeyd edib ki, bu döyüşlər həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Direktor onu da vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov isə bildirib ki, müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar.
Digər çıxış edənlər Azərbaycan oğullarının aprel döyüşlərində keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.
Sonda məktəblilərin ifasında aprel döyüşlərinə həsr edilmiş kompozisiya nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Salyanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2018 / 15:55
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 13:53
Ətraflı oxu

Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib

İSLAM HƏMRƏYLİYİ İLİ
07.08.2017 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
12.12.2019 / 10:25
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Qubada dini radikalizmlə mübarizə yolları müzakirə olundu

Press-relizlər
24.06.2016 / 11:14
Ətraflı oxu