Xaçmazda “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib

Press-relizlər / 30.03.2018 / 17:22

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Qoçaqlı kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH başçısının Pirquluoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qürbət Qüdrətov, kənd bələdiyyəsinin sədri Fətulla Nurməhəmmədov və kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edib. Qeyd edib ki, əsrlər boyu Azərbaycan xalqı öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə qəsbkarlarla mübarizə aparıb, minlərlə soydaşımız bu yolda canından keçib.
Xaçmaz rayonu Pirquluoba kənd məscidinin dini ayin icraçısı Elman Mirzəbəkov İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdən nümunələr göstərməklə vətən sevgisinin dinimizdə rolu, şəhidlik zirvəsinin Allah qatındakı dəyərindən danışıb.
Tədbirdə DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” filmi iştirakçılara nümayiş olunub.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.    


Son baxılan xəbərlər

Qaradağda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.11.2017 / 17:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər
06.04.2016 / 16:24
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
07.05.2018 / 13:45
Ətraflı oxu

Qeyri-qanuni dini ədəbiyyatın satışı aradan qaldırılacaq - RƏSMİ

Açıqlama
24.10.2014 / 12:02
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu