Sumqayıtda “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusu müzakirə olunub

Press-relizlər / 30.03.2018 / 14:25

Martın 30-da Sumqayıt şəhəri 30 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktor müavini Rafael Nəbiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan R. Nəbiyev ölkəmizin müstəqilliyini əldə etdikdən sonra bir sıra zərərli ünsürlərin din pərdəsi altında xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi zənginliyinə qarşı mənəvi terror həyata keçirmək üçün etdiyi cəhdlərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Y. Abdullayev milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan birgəyaşayış və tolerantlıq ənənələrinin hümanizm prinsiplərinə əsaslandığını qeyd edərək bildirib ki, gənc nəslin bu dəyərlərə sadiq ruhda tərbiyə edilməsi istiqamətində səylər artırılmalıdır.
Natiq çıxışında 31 Mart - Azərbaycanlıların Soyqırımına da toxunaraq tədbir iştirakçılarına bu hadisənin tarixi haqqında geniş məlumat verib.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə çəkilən “Şəhadət” filmi nümayiş edilib.
  


Son baxılan xəbərlər

Qazax rayonunda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
26.04.2018 / 17:36
Ətraflı oxu

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.07.2018 / 17:06
Ətraflı oxu

Hərbi hissədə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
26.02.2020 / 16:01
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Lerikdə vətəndaşlarla görüşüb

Press-relizlər
25.10.2019 / 15:01
Ətraflı oxu