Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər / 19.03.2018 / 12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq olunub. Sözügedən Tədbirlər Planında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi elan edir.
 
1.Müsabiqənin şərtləri
- Məqalə mövzuya uyğun olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra məqalələr qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc olunarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim edilməlidir;
- Elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim olunmalıdır.
 
2.    Mükafat
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat
 
3. Müsabiqənin müddəti: Məqalələr 27 mart – 17 aprel 2018-ci il tarixlərində təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 12
Əlaqə telefonları: (012) 492 65 23 / (012) 497 09 88
E-mail: redaksiya@scwra.gov.az 

Son baxılan xəbərlər

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2018 / 15:06
Ətraflı oxu

"Kənar qüvvələrin dindən sui-istifadəsinə yol verməməliyik"

Açıqlama
02.10.2014 / 09:00
Ətraflı oxu

9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.02.2017 / 15:20
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizmlə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:50
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu