Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 17.03.2018 / 10:26

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Hacıqabul rayonu 5 saylı orta məktəbdə nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Hacıqabul rayonu 5 saylı orta məktəbin direktoru Gülüstan Almazova, Hacıqabul Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mudafiəsi komissiyasının məsul katibi Natiq Əhmədov, orta məktəb müəllimləri və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, film gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunub. Hacıqabul rayonu 5 saylı orta məktəbin direktoru Gülüstan Almazova deyib ki, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda formalaşmasında bu cür sənədli filmlərin böyük təsiri var. Eyni zamanda qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından nümunə olan ölkələrdəndir. 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və ötən il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, ölkəmizin ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkib. 
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu

Zərdabda “Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.03.2017 / 09:43
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qax rayonunda Yay Məktəbi təşkil edilib

Press-relizlər
30.08.2018 / 12:01
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib

Xəbərlər
15.11.2018 / 15:44
Ətraflı oxu

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
18.04.2018 / 17:58
Ətraflı oxu

Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib

Açıqlama
11.01.2018 / 16:30
Ətraflı oxu