Biləsuvarda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 16.03.2018 / 16:34

Martın 16-da Biləsuvar Peşə Liseyində Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Peşə Liseyinin direktoru Rabil Şahbazov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Peşə Liseyinin direktoru Rabil Şahbazov maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsinin vacibliyini qeyd edib.      O deyib ki, Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev filmin əhəmiyyətindən danışıb. O bildirib ki, film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına həsr olunan filmdə dini radikalizmin törətdiyi fəsadların diqqətə çatdırıldığını vurğulayıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri: "Pandemiya dövründə kütləvi dini mərasimlər yoluxma sayını artıra bilər"

Xəbərlər
26.08.2020 / 12:18
Ətraflı oxu

Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
09.04.2019 / 15:25
Ətraflı oxu

Nic qəsəbəsində Milad bayramı qeyd edilib

Press-relizlər
08.01.2018 / 11:08
Ətraflı oxu

Mübariz Qurbanlı: “Xaricdə təhsil alan gənclərimizin ekstremist təşkilatların təsiri altına düşməməsi üçün tədbirlər görülür”

Açıqlama
02.09.2015 / 14:57
Ətraflı oxu

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu