Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 16.03.2018 / 10:01

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, RPŞ-nin Narkomaniya ilə mübarizə qrupunun baş inspektoru Azər Nəsirov, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru İlqar Xalıqov,  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Vasif Əfəndiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor Vasif Əfəndiyev narkomaniyanın zərərləri haqqında  və ona aludə olmuş insanların faciəvi həyatı barədə məlumat verib.
Zaqatala RİH-in nümayəndəsi Ramin Həsənov çıxışında narkomaniya ilə mübarizədə effektiv mübarizənin ilkin yolu kimi sağlam həyat tərzini gənclərə tövsiyə edib.
RPŞ-nin Narkomaniya ilə mübarizə qrupunun baş inspektoru Azər Nəsirov yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasına qarşı aparılan profilaktiki və inzibati mübarizə tədbirlərindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev bildirib ki, İslam dini zərərli vərdişlərə qarşıdır. O, gələcəyimiz olan yeniyetmə və gənclərin narkotiklərdən uzaq olmasının vacibliyini vurğulayıb.
RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili işin qrupunun inspektoru İlqar Xalıqov çıxışında respublika üzrə narkomaniya ilə bağlı statistik rəqəmləri  açıqlayaraq  gənclərimizi narkomaniyaya qarşı mübarizədə fəal olmağa çağırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Əgər bu sahədə xaos olsa..."

Müsahibələr
17.07.2015 / 10:14
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri ictimai həyatda fəallıq nümayiş etdirməlidirlər”

Press-relizlər
22.11.2019 / 11:08
Ətraflı oxu

Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, ...

Müsahibələr
07.07.2020 / 10:12
Ətraflı oxu

Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib

Press-relizlər
19.06.2020 / 15:12
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur

Müsahibələr
03.07.2020 / 15:34
Ətraflı oxu