Bərdədə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 15.03.2018 / 14:52

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, məktəb-liseyin direktoru Vidadi Süleymanov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Vidadi Süleymanov, gənclər və yeniyetmələr arasında dini maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb, dini radikalizmə qarşı mübarizədə təhsilin önəmini vurğulayıb.
Daha sonra çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dövlət tərəfindən gənclərə yaradılmış şəraitdən bəhs edib, ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edən gənclər barədə məlumat verib. Milli-mənəvi dəyərlərimizin xalqımızın ən böyük sərvəti olduğunu vurğulayan Anar Şahbazov onun təbliğinin daha geniş şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov dini radikalizmin yaranma, yayılma metodları  barədə məlumat verib. DQİDK-nın dini radikalizmə qarşı mübarizə məqsədi ilə həyata keçirdiyi maarifləndirmə tərbirlərinin effektiv vasitə olduğunu bildirib.
Mövzu ilə bağlı çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov gənclərin zərərli vərdişlərdən və dini radikalizmdən qorunmaları üçün asudə vaxtlarını səmərəli keçirmələrinin vacib olduğunu vurğulayıb.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
 


Son baxılan xəbərlər

Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
15.01.2020 / 15:29
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb

Xəbərlər
27.01.2020 / 10:46
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: "Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə beynəlxalq tədbirlər keçirəcək"

Press-relizlər
15.01.2020 / 12:05
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:50
Ətraflı oxu

Könüllülük: tarixçəsi və strategiyası

Xəbərlər
13.01.2020 / 15:32
Ətraflı oxu