Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Press-relizlər / 14.03.2018 / 15:16

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində bölgə vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Ümummilli Lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonlarının sakinlərinin müraciətlərinə baxıb.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. 


Son baxılan xəbərlər

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

Quba rayonunun Alpan kəndində “Ənənəvi İslam və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir ...

Press-relizlər
28.07.2016 / 10:01
Ətraflı oxu

Masallıda “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2019 / 12:16
Ətraflı oxu

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
11.05.2018 / 15:07
Ətraflı oxu