Kürdəmirdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 13.03.2018 / 15:33

Martın 13-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseyin akt zalında keçirilən tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH-in nümayəndəsi Elxan Qafarov çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun ilə qoyulub.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bildirib ki, bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. 
Daha sonra çıxış edən DTX-nın Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, RPŞ-nin əməkdaşı Asif Əhmədov və məktəb-liseyin direktoru Elnur Məmmədli narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Qubada “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
27.08.2019 / 15:59
Ətraflı oxu

Suraxanıda din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 15:35
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 15:28
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizm" mövzusu müzakirə olunub

Press-relizlər
27.09.2019 / 17:42
Ətraflı oxu