Bərdədə "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər / 12.03.2018 / 16:58

Martın 12-də Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov , hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Əli Qasımov, eyni zamanda, əsgər və zabit heyəti iştirak ediblər.
Hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant Əli Qasımov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Natiq “Şəhadət” sənədli filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov müasir dövrdə dövlətin dinə və dindarlara olan qayğısından, dindarlar üçün yaradılmış yüksək şəraitdən danışıb. O bildirib ki, ölkədə yüksək dini dözümlülük mühiti olduğu halda, müəyyən radikal qrupların meydana çıxması, ümumiyyətlə dindarlar arasında radikallığa meyillilik süni xarakter daşıyır və bu bilavasitə müəyyən xarici təsirlərlə əlaqəlidir. Daha sonra “Şəhadət” sənədli filminindən danışan şöbə müdiri bildirib ki, Vətənin şəhadəti uğrunda canından keçənlər həm cəmiyyətin, həm ailələrinin qürur mənbəyi olublar. Lakin radikalizm və ekstremizmin qurbanına çevirilərək qanunu pozanlara isə həm cəmiyyətdə, həm də ailələrdə münasibət mənfidir.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Qazaxda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər
04.05.2018 / 09:54
Ətraflı oxu

Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.02.2020 / 15:56
Ətraflı oxu

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu