Cəlilabadda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 02.03.2018 / 15:40

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə Tədbirlər Planına uyğun olaraq Göytəpə Sərhəd dəstələrinin qarnizonunda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, DSX-nın nümayəndəsi polkovnik-leytenant Bəhruz Qasımov, “N” saylı hərbi hissə komandiri polkovnik Müzəffər Pirizadə, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri polkovnik Müzəffər Pirizadə Vətənin keşiyində dayanan əsgərlərimizin qəhrəmanlıq yolundan söhbət açıb, əsgərləri torpaqlarımız uğrunda şəhid və qazi olan igidlərimizdən nümunə götürməyə səsləyib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov İslamın Vətən sevgisinə verdiyi önəmdən söhbət açıb, din adı altında qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın İslamla heç bir əlaqəsinin olmadığının bildirib. Dini radikalizmin törətdiyi fəsadlar barədə danışan M.Bədirov bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirlərindən söhbət açıb. Natiq daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki əhəmiyyətindən danışıb.
Sonda hərbi hissənin şəxsi heyətinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 

Son baxılan xəbərlər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər

Press-relizlər
24.11.2020 / 15:25
Ətraflı oxu

Pakistan mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məqalələr dərc edilib

Press-relizlər
23.02.2021 / 16:17
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanda milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir”

Xəbərlər
27.11.2018 / 10:10
Ətraflı oxu

Balakəndə “Məktəblilərin dini dünyagörüşü və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2017 / 16:52
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Qazaxda tədbir keçirilib

Press-relizlər
04.11.2017 / 13:02
Ətraflı oxu