İstanbulda 8-ci Dünya İslam Forumu keçirilir

Press-relizlər / 02.03.2018 / 14:42

Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. 1-3 mart tarixlərində keçirilən forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.
8-ci Dünya İslam Forumunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzə ilə çıxış edib. Bildirib ki, xalqımızın da milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edən ənənəvi İslam dəyərləri onun milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və mənəviyyatımızı zənginləşdirib. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Sədrin birinci müavini vurğulayıb ki, ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, eyni zamanda, ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu forum iştirakçılarının diqqətinə çatdıran Səyyad Salahlı bu çağırışın bəşəri dəyərlərə xidmət etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa çağıran mütərəqqi təşəbbüsdür. Sədrin birinci müavini sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycanın İslam həmrəyliyinin ideya mərkəzinə çevrildiyini qeyd edib.
Çıxışında Azərbaycan həqiqətlərinə də toxunan Səyyad Salahlı Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və yeddi ətraf rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyib. Diqqətə çatdırıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ümumiyyətlə, erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının, o cümlədən də müsəlman aləminin misilsiz mədəniyyət nümunələridir.
Qeyd edək ki, “Nəzəriyyə və Təcrübədə İnteqrasiya və Mənəvi hakimiyyət” mövzusuna həsr edilmiş 8-ci Dünya İslam Forumu çərçivəsində “Dünya Müsəlman Qadınlarının Sammiti və Sərgisi”, “Dünya Müsəlmanlarının Gənclər Sammiti və Sərgisi”, “3-cü İslam Dünyası İstanbul Mükafatı”nın təqdimat mərasimi və “9-cu Dünya İslam Forumunun Yüksək Səviyyəli Şəxslərinin Qrup Görüşü”nün  keçirilməsi də nəzərdə tutulub.

Son baxılan xəbərlər

Komitə rəsmisi əhaliyə səsləndi: “Kütləvi tədbirlərdən çəkinin”

Xəbərlər
31.08.2020 / 10:24
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

Zərdabda "Milli ailə dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.04.2019 / 10:19
Ətraflı oxu

Sumqayıtda “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib

Press-relizlər
25.01.2018 / 14:54
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu