Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 01.03.2018 / 09:18

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə N.Əliyev adına Lüləkəran kənd tam orta məktəbində “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında ətraflı məlumat verərək, milli-mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini qeyd edib. A.Həsənov, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır.
Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin vacibliyini vurğulayıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.11.2019 / 15:32
Ətraflı oxu

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər
26.04.2019 / 18:09
Ətraflı oxu

Vətəndaş sülhü və milli birliyin yaradıcısı

Xəbərlər
06.05.2020 / 10:11
Ətraflı oxu

Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır

Press-relizlər
21.04.2017 / 18:38
Ətraflı oxu

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.08.2018 / 10:52
Ətraflı oxu