Press-relizlər / 28.02.2018 / 17:11
Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Xucbala kənd məscidi dini icmasının “İslam sülh və tolerantlıq dinidir” adlı layihəsi çərçivəsində Quba şəhəri 6 saylı tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ümumi şöbəsinin əməkdaşı Aqşin Əliyev, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba şəhəri 6 saylı tam orta məktəbin direktoru Mahir Mustafayev, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba şəhəri 6 saylı tam orta məktəbin direktoru Mahir Mustafayev mövzunun əhəmiyyətindən danışıb. Natiq bildirib ki, məktəblilər arasında düzgün dini biliklərin aşılanması vacibdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Aqşin Əliyev bildirib ki, İslam humanizm və qardaşlıq dinidir. Natiq eyni zamanda qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh şəraitində yaşayırlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov dini və milli-mənəvi dəyərlərimizin təbliği işinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.