Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir

Press-relizlər / 28.02.2018 / 16:25

Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir” layihəsi çərçivəsində Baş Zəyzid kənd kitabxanasında maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Ələsgər Rəhimov mövzunun əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev isə dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsindəki fəaliyyətdən danışıb. A.Əfəndiyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşayıb və heç bir zaman dini zəmində münaqişə baş verməyib. O bildirib ki, hazırda bəzi müsəlman ölkələrində cərəyan edən hadisələr dini radikalizmdən və məzhəblərarası tolerantlığın olmamasından qaynaqlanır.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev Azərbaycanda yüksək tolerantlıq və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəyliyin mövcud olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.



Son baxılan xəbərlər

Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub

Kitablar
17.10.2019 / 11:57
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

Dövlət Komitəsi bölgələrdə falçılığa qarşı yoxlamalara başlayıb

Xəbərlər
16.08.2016 / 18:19
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu