Dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib

Press-relizlər / 28.02.2018 / 11:33

Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Samir Yoldaşov və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.
Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş və şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin  əməkdaşı Samir Yoldaşov ekstremizm və radikalizm kimi meyillərin İslam dini ilə bağlılığının olmadığını, İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və hər zaman həmrəyliyə önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov çıxış edərək milli-mənəvi dəyərlərimizin dinimizlə vəhdət təşkil etdiyini, radikalizm və dini ekstremizm kimi halların həm milli-mənəvi, həm də İslam dəyərlərinə zidd olduğunu bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. 

Son baxılan xəbərlər

Qobustanda “Şəhadət” filmi nümayiş olunub

Press-relizlər
24.10.2017 / 16:28
Ətraflı oxu

Astarada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir olub

Press-relizlər
14.06.2018 / 10:10
Ətraflı oxu

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.11.2016 / 15:43
Ətraflı oxu

Azərbaycan islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib

İSLAM HƏMRƏYLİYİ İLİ
14.02.2017 / 11:01
Ətraflı oxu

“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

Kitablar
27.10.2017 / 16:01
Ətraflı oxu

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir

Press-relizlər
13.05.2019 / 10:12
Ətraflı oxu