Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər / 23.02.2018 / 16:31

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.
Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.
Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. 
 


Son baxılan xəbərlər

"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib

Press-relizlər
15.05.2020 / 15:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

Press-relizlər
10.07.2018 / 16:23
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu

Göygöldə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.04.2018 / 15:33
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 16:55
Ətraflı oxu

"Bakı Metropoliteni" QSC-də "Şəhadət" sənədli filmi nümayiş etdirilib

Press-relizlər
28.11.2017 / 16:29
Ətraflı oxu