Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər / 23.02.2018 / 16:06

Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə rayonun məscidlərində anım mərasimləri təşkil edilir, ehsanlar verilir.
Bu istiqamətdə növbəti tədbir fevralın 22-də Quba Rayonu Zizik kənd məscidində baş tutub.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayonu Zizik kənd məscidi dini icmasının sədri Sultan Bayramov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər. 
Tədbir Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbiri giriş sözü ilə açan icma sədri Sultan Bayramov qeyd edib ki, 26 il bundan əvvəl erməni vandallarının xalqımıza qarşı Xocalıda törətdiyi qətliam hələ də öz layiqli qiymətini almayıb. Bütün dinlərdə əliyalın insana, qadına, qocaya və uşağa qarşı bu cür cinayətlər pislənir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, Fondun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə gördüyü işlərdən bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxışında bilidirib ki, erməni vandalları 20-ci əsrdə xalqımıza qarşı bir neçə dəfə qəsbkarlıq edib və soyqırımı həyata keçiriblər. Xocalı faciəsi isə müasir dövrün ən dəhşətli faciələrindəndir. Bu hadisəni törətməklə ermənilər təkcə bizim xalqımıza qarşı deyil, bütöv bir bəşəriyyətə qarşı nə qədər qəddar və rəzil olduqlarını nümayiş etdiriblər.
Sonda bir qrup yeniyetmənin ifasında Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib, şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.
 

Son baxılan xəbərlər

Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

Press-relizlər
17.07.2018 / 17:47
Ətraflı oxu

«Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır

Multikulturalizm
13.01.2016 / 17:46
Ətraflı oxu

Gəncə hadisələrinin qurbanlarının xatirəsi yad edilib

Press-relizlər
21.10.2020 / 15:59
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu

Masallı rayonunda “Nəsimi yaradıcılığında mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Xəbərlər
26.09.2019 / 16:21
Ətraflı oxu