“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.02.2018 / 16:10

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində Şahağacı kənd 2 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə, ilahiyyatçı Məhəmməd İbadlı, Şahağacı kənd 2 saylı tam orta məktəbin direktoru Sakit Mürsəlov, dini icma sədri Nazim Əsədov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə yaşayan ayrı-ayrı dinlər və məzhəblər arasında həmrəylik, səmimi dialoq və qarşılıqlı hörmətin mövcud olduğunu bildirib. Q.Məmmədov, həmçinin Xocalı soyqırımı haqqında danışaraq qeyd edib ki, bu faciə mənfur erməni qəsbkarlarının məqsədyönlü təcavüz planının ən amansız nümunəsi, misli görünməmiş vəhşilik aktıdır.
İlahiyyatçı Məhəmməd İbadlı “Elm və din” mövzusunda çıxış edərək müasir və mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin elm və mədəniyyət dini olduğunu bildirib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə çıxışında 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı öz qəddarlığı ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktıdır.
Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, məktəbin direktoru Sakit Mürsəlov və məktəbin psixoloqu Sürəyyə Nəsirova çıxışlarında Xocalı soyqırımının xalqımızın tarixi yaddaşında əbədi həkk olunduğunu qeyd ediblər. Natiqlər həyata keçirilən maarifləndirmə layihəsinə görə Dövlət Komitəsinə dərin təşəkkürlərini ifadə ediblər.                                                                                                                            Tədbirin sonunda məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya və videoçarx izlənilib, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.                       
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 


Son baxılan xəbərlər

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Qusarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.11.2019 / 16:18
Ətraflı oxu

Mübariz Qurbanlı “Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edib

Xəbərlər
27.09.2019 / 14:31
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb

Xəbərlər
02.06.2020 / 16:48
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu