İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Press-relizlər / 22.02.2018 / 15:50

Fevralın 22-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov, dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev xalqımıza qarşı edilən qəddarlığın, vəhşiliyin insani dəyərlərə uyğun olmadığını vurğulayaraq bildirib ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Murad Məhərrəmov çıxış edərək bu cür tədbirlərin xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov və “Məhəmmədiyyə” məscidinin imamı Elnur Yusifov İslamda şəhidlik məqamı, Vətən sevgisi mövzusunda və Xocalıda baş verən faciənin dəhşətləri haqqında danışıb.
Sonda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub. 


Son baxılan xəbərlər

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Bakıda müəllim və valideynlərin iştirakı ilə “Radikalizm və onun fəsadları” mövzusu müzakirə olunub

Xəbərlər
27.05.2019 / 17:34
Ətraflı oxu

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

Açıqlama
17.01.2017 / 18:06
Ətraflı oxu

Bakıda "Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib

Xəbərlər
31.10.2018 / 17:16
Ətraflı oxu

Mübariz Qurbanlı: “Məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”

Açıqlama
03.12.2015 / 16:38
Ətraflı oxu

Niderlandın “Diplomat Magazine” jurnalı Azərbaycanın Xristian dünyasına verdiyi töhfə adlı məqalə dərc edib

Xəbərlər
06.01.2021 / 13:32
Ətraflı oxu