Xaçmazda “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər / 21.02.2018 / 17:08

Fevralın 21-də Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə dini maarifləndirmə tədbiri baş tutub.
Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz RİH başçısının Müqtədir qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsi Rail Mahmudov, Müqtədir qəsəbə “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, ağsaqqallar, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Xaçmaz RİH başçısı Aparatının nümayəndəsi Ceyhun Musayev bildirib ki, Azərbaycan dövlətinin dini sahəyə ayırdığı diqqət və qayğı dünyanın bir çox dövlətləri tərəfindən nümunə kimi öyrənilir. 
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov çıxışında qeyd edib ki, dövlət bütün vətəndaşlara, o cümlədən dindarlara da qayğını əsirgəmir. Dindarların rahat və səliqəli məscidlərdə ibadət etmələri üçün şərait yaradılır. Fərid Məmmədov, eyni zamanda, dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub. Natiq qeyd edib ki, cəmiyyət xüsusilə gənc nəsil bu cür həssas məsələlərdə daha çox maarifləndirilməli və düzgün dini biliklərə yiyələnməlidir.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. 


Son baxılan xəbərlər

Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

Press-relizlər
17.01.2018 / 15:34
Ətraflı oxu

Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər
29.09.2016 / 16:42
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır" mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2018 / 12:56
Ətraflı oxu

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.05.2019 / 11:22
Ətraflı oxu

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2018 / 15:06
Ətraflı oxu