.jpg&w=1200)
Press-relizlər / 22.02.2018 / 10:44
Fevralın 21-də Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov dini ekstremizm, radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından bəhs edib.
Sonra məktəb-liseyin direktoru Vüsalə Kərimova və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov öz çıxışlarında dövlətin dinə göstərdiyi qayğıdan, tolerant, multikultural və milli-mənəvi dəyərlərimizdən, radikal dini cərəyanlarla mübarizədə media və internet resurslarından səmərəli istifadənin rolundan danışıblar.
Tədbirin sonunda “Şəhadət” filmi nümayiş olunub, film və çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.