Press-relizlər / 21.02.2018 / 18:00
Fevralın 21-də Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihə çərçivəsində “Azərbaycan mədəniyyətində İslamın yeri və rolu” adlı növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, Qax rayonu Təhsil Şöbəsinin məsul işçiləri, məktəb pisixoloqları və rayon məktəblərində “Həyat bilgisi” fənnini tədris edən müəllimələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov layihə haqqında məlumat verib. Qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov çıxışında Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyərlərimiz, eləcə də mədəniyyətimizin formalaşmasında İslam mədəniyyətinin rolundan bəhs edib.