Zaqatalada “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 22.02.2018 / 11:46

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin birgə təşkilatçılığı ilə Əliabad İslam Kollecində DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Əliabad İslam Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, Zaqatala rayon qazısı Malik Bilalov və Əliabad İslam Kollecinin müdiri Darçın Məmmədov İslam dinində şəhidlik zirvəsindən söhbət açıblar.
Daha sonra çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız düşmənlərdən azad olunacaq və Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların qanları yerdə qalmayacaq. Eyni zamanda, dini fanatizmin, dini radikalizmin, dini ekstremizmin törətdiyi fəsadlardan də bəhs edən natiq xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub. 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük ...

Xəbərlər
11.01.2018 / 09:40
Ətraflı oxu

Şəkidə "Zərərli vərdişlərdən uzaq gənclik" mövzusu müzakirə olunub

Press-relizlər
22.02.2017 / 14:34
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

Masallı rayonu ictimaiyyətinin nümayəndələri Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul etdilər

Press-relizlər
01.12.2015 / 16:46
Ətraflı oxu

Bərdədə “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 09:28
Ətraflı oxu

Göyçayda “Narkomaniya, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.12.2018 / 10:23
Ətraflı oxu