Qubada “Narkomaniyaya qarşı mübarizədə din amili” adlı tədbir keçirilib

Press-relizlər / 21.02.2018 / 11:17

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba Peşə Liseyində “Narkomaniyaya qarşı mübarizədə din amili” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Peşə Liseyinin direktor müavini Cabir Əsədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Peşə Liseyinin direktor müavini Cabir Əsədov narkomaniyanın zərərləri və narkomanlığa aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını yeniyetmə və gənclərin diqqətinə çatdırıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev isə bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində zərərli vərdişlər qadağan edilib. O qeyd edib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur.
Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov narkomanlığa qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənməni və gənc nəslin elm və biliklə məşğul olaraq daha savadlı olmalarını tövsiyə edib. O, xüsusi vurğulayıb ki, narkomaniyaya aludəçilikdən xilas yolu az hallarda mümkün olur.  
Din xadimi Anar Eyyubov çıxışında İslam dinində zərərli vərdişlərin haram olduğunu, bu qəbil insanların istər bu dünyada, istərsə də o dünyada yaxşı qəbul olunmadığını iştirakçıların diqqətinə çatıdırıb. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

Açıqlama
13.11.2015 / 14:57
Ətraflı oxu

Astarada maarifləndirici tədbir keçirilib

Press-relizlər
05.12.2019 / 17:45
Ətraflı oxu

Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Press-relizlər
11.09.2018 / 11:02
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu

Sosial şəbəkələr: radikalların təlim poliqonu və ya “yıxılmamaq” üçün “qaçmağı” öyrənməyin vaxtıdır

Press-relizlər
22.01.2019 / 11:27
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.12.2018 / 17:13
Ətraflı oxu