Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Horadizdə vətəndaşları qəbul edib

Press-relizlər / 20.02.2018 / 12:59

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.
Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. 


Son baxılan xəbərlər

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin banisidir

Press-relizlər
03.05.2018 / 10:13
Ətraflı oxu

Sülh aylığı çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
11.09.2017 / 15:04
Ətraflı oxu

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 15:54
Ətraflı oxu

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
16.02.2018 / 16:14
Ətraflı oxu