Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 19.02.2018 / 14:05

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 19-da Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmizdə inkişaf edən tolerant mühit barədə söz açıb. Sədr müavini Azərbaycanda dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.
Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Markus Şox Azərbaycanda almanlara aid tarixi-dini abidələrin qorunub saxlanılmasına və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının fəaliyyətinə göstərilən davamlı dəstəyə və qayğıya görə minnətdarlığını ifadə edib.
Görüşdə, eyni zamanda xalqımızın tarixi və mədəniyyətində dərin iz qoymuş alman yaşayış məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə qeyd olunması, bu münasibətilə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda sədr müavini qonağa Dövlət Komitəsinin nəşri olan Azərbaycan xalqının zəngin multikultural ənənələri və etnik-dini dözümlülük mühitindən bəhs edən kitablar hədiyyə edib.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

ABŞ diplomatı: “Azərbaycanda müxtəlif din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiqdir”

Press-relizlər
09.08.2019 / 10:06
Ətraflı oxu

Balakəndə “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.05.2017 / 16:42
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
02.10.2019 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
25.10.2017 / 19:09
Ətraflı oxu

Qubada “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Press-relizlər
02.11.2016 / 16:42
Ətraflı oxu