Biləsuvarda dini ekstremizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 17.02.2018 / 13:20

Fevralın 16-da Biləsuvar rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda  tədbir keçirilib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbənin əməkdaşı Taleh Nuruyev, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin  Bağırov, DTX-nın Biləsuvar rayon şöbəsinin əməkdaşı Səfər Məmmədov, Təhsil şöbəsinin əməkdaşı Ağamməd Caniyev, rayonun fəal gəncləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin  Bağırov toplantının əhəmiyyəti və mövzunun aktullağı barədə  gənclərə geniş məlumat verib. Çıxış edən qonaqlar hazırda respublikamızda dövlət siyasətinə çevrilmiş “İslam həmrəyliyi” ideyası, onun mahiyyəti və müasir beynəlxalq aləmdə bu sahədə görülmüş işlər haqqında ərtaflı bəhs ediblər. 2017-ci ilin  məhz “İslam Həmrəyliyi ili” elan olunmasının təsadüfi olmadığını və bu ideyanın dünyada dinlərarası dialoqa böyük töhvə verdiyini qeyd ediblər.
Mövzu ilə əlaqədar iştirakçıların sualları cavablandırıldıqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş  “Şəhadət” sənədli filmi nümayiş etdirilib.



Son baxılan xəbərlər

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

“Çağdaş müsəlman mənəviyyat nümunəsi” kitabı çap olunub

Kitablar
02.05.2019 / 14:39
Ətraflı oxu

Lənkəranda Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
16.06.2020 / 14:38
Ətraflı oxu

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu

Ceyhun Məmmədov: “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır”

Press-relizlər
11.12.2018 / 16:37
Ətraflı oxu

Qazaxda aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 16:20
Ətraflı oxu