Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib

Press-relizlər / 16.02.2018 / 11:54

Fevralın 16-da Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında təsdiqlənmiş Tədbirlər Planına əsasən Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları, xüsusilə bu sahədə reabilitasiya işlərinə üstünlük verilməsi barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və proflaktik xarakterli tədbirlərə üstünlük verilir. Dövlət Komitəsinin sədr müavini onu da bildirib ki, DQİDK bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.
Sədr müavini dünyada gərginliyin artmasına və qanlı toqquşmaların baş verməsinə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu vurğulayıb. S. Heydərovun sözlərinə görə, multikulturalizmin Azərbaycan modeli dünya ölkələrinin əksəriyyəti üçün bir təcrübədir və ölkəmiz bu siyasətlə dünya təhlükəsizlik sisteminə, dialoqa və əməkdaşlığa öz töhfəsini verir.
Sonda tədbir iştitrakçılarının sualları cavablandırılıb.
 
  

Son baxılan xəbərlər

Bərdədə "Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər
23.05.2019 / 15:43
Ətraflı oxu

Şirvanda “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 10:04
Ətraflı oxu

Binəqədi rayonunda “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.03.2017 / 15:40
Ətraflı oxu

Sumqayıtda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
26.02.2018 / 11:16
Ətraflı oxu

Quba bölgəsinin din xadimləri bəşəriyyətə sülh diləyir

Xəbərlər
25.09.2020 / 17:54
Ətraflı oxu

UNESCO-da “Tolerantlıq diyarını” tərənnüm edən möhtəşəm sərgi (FOTO)

Press-relizlər
23.10.2013 / 14:36
Ətraflı oxu