Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 13.02.2018 / 17:35

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Muxax kənd 1 nömrəli tam orta məktəbində “Gənc nəsil milli-mənəvi dəyərlərimizə sadiqdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdukərim Şabanov və Muxax kənd 1 nömrəli tam orta məktəbinin direktoru Ədalət Novruzova iştitak ediblər. Tədbiri məktəbin direktoru Ədalət Novruzova açaraq Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu qeyd edib  və  gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanan Vətən sevgisindən bəhs edərək bu dəyərlərin qorunub saxlanmasında gənclərin üzərinə düşən vəzifələrdən söhbət açıb, elm və təhsilin hər zaman cəhalətə, mövhumat və xurafata qarşı olduğunu bildirib. O, eyni zamanda, gənclərin radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməməsi üçün maariflənmənin əhəmiyyətini qeyd edib.
RİH başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdukərim Şabanov çıxışında dini radikalizmin törətdiyi fəsadlardan  danışıb. 

Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.12.2019 / 16:28
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
11.01.2018 / 16:52
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün təhlükədir

Press-relizlər
10.10.2019 / 15:52
Ətraflı oxu

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

“Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
21.12.2018 / 17:36
Ətraflı oxu