Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 09.02.2018 / 16:45

Fevralın 9-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı Saleh Qafarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev layihə haqqında məlumat verərək humanist dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini vurğulayıb, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin, müsəlmanlar arasındakı vəhdətin, birliyin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev vətənpərvərlik hissinin insanın öz Vətəninə, ailəsinə sevgi və sədaqətindən, onun tarixi, milli və mənəvi dəyərləri üçün qürur hissi keçirməsindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarət olduğunu ifadə edib.
Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı S.Qafarov əsrlərboyu xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, Vətən, ata-ana, yurd sevgisini, milli adət-ənənələrini qoruyub saxladığını və bu ali dəyərlərin öz bütövlüyünü itirmədən gələcək nəsillərə əmanət etdiyini bildirib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

 


Son baxılan xəbərlər

Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib

Press-relizlər
30.08.2018 / 11:52
Ətraflı oxu

“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 10:12
Ətraflı oxu

Prezident İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini ilə görüşüb

Xəbərlər
20.07.2018 / 14:58
Ətraflı oxu

Mübariz Qurbanlı: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq”

Açıqlama
26.11.2015 / 18:00
Ətraflı oxu

Gündüz İsmayılov: “Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir”

Press-relizlər
28.02.2020 / 15:31
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib

Press-relizlər
19.12.2017 / 12:30
Ətraflı oxu