“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.02.2018 / 10:34

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Şahağacı kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında İslam həmrəyliyi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədi daşıyan bu tədbirlərin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu bildirib. E.Həmidli, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da danışıb. Qeyd edib ki, sənədli film Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızdan, eləcə də dini radikalizmin qurbanı olmuş və qanunsuz silahlı qruplaşmalar tərkibində döyüşüb həlak olmuş insanlardan bəhs edir.
Astara rayon Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və digərləri çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada dinlərarası, mədəniyyətlərarası həmrəyliyə və dialoqa verdiyi önəmdən bəhs ediblər. Natiqlər keçirilən tədbirlərin şagirdlərin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
 


Son baxılan xəbərlər

Bərdədə "Şahadət" filmi nümayiş olunub

Press-relizlər
01.02.2018 / 15:20
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Press-relizlər
10.05.2019 / 15:48
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Tolerantlığın Azərbaycan modeli

Multikulturalizm
16.11.2018 / 09:52
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.03.2019 / 17:16
Ətraflı oxu