“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər / 08.02.2018 / 16:07

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba rayonu Xucbala kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, Xucbala kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, ağsaqqallar və dindarlar iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək qeyd edib ki, vətənpərvərlik İslamda imanın varlığı kimi qəbul edilən və Vətənə məhəbbət ən müqəddəs hiss kimi təlqin olunan bir məfhumdur.  
Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov isə gənclərin vətənpərvərlik ruhunda yetişməsində dinin əhəmiyyətli dərəcədə rolunun olduğunu diqqətə çatdırıb. O bildirib ki, gənclərə Azərbaycanda mövcud olan ənənəvi dini biliklər barədə məlumat verməli, onların kənar təsirlərdən müdafiə olunması üçün maarifləndirici tədbirlərin intensev keçirilməsi vacibdir.
Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov çıxış edərək deyib ki, təhsil sahəsində vətənpərvərliyin təbliği əsas şərtlərdəndir. Çünki insanın formalaşdığı vaxtın ilkin çağları məktəb illərinə düşür və bu illər ərzində düzgün istiqamətləndirmə önəmlidir.  
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib və müzakirələr aparılıb. 


Son baxılan xəbərlər

Qobuda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
12.02.2018 / 12:10
Ətraflı oxu

Astarada Ulu Öndərin xatirəsi anılıb

Press-relizlər
12.12.2019 / 17:15
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib

Press-relizlər
13.11.2018 / 09:37
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu