Saatlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 08.02.2018 / 15:12

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Saatlı rayonu Şirinbəy  kənd məscidi dini icmasının sədri Mürsəl Bədirov, Şirinbəy kənd Mədəniyyət evinin direktoru Güloğlan Abuşov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının sədri Mürsəl Bədirov açaraq Azərbaycan xalqının hər zaman öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sıx bağlı olduğunu və gənc nəsil tərəfindən bu dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayıb. Dini icma sədri, həmçinin gənclərin dini radikalizmdən qorunması, onlara vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.  
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verib, milli-mənəvi dəyərlərin təbliğinin dini radikalizm və ekstremizmlə mübarizə baxımından əhəmiyyətindən bəhs edib. Bildirib ki, gənclərimizin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsində, onların dini radikalizmdən qorunmasında ziyalıların, ağsaqqalların, həmçinin dini icmaların üzərinə böyük məsuliyyət düşür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
 


Son baxılan xəbərlər

Balakəndə “Məktəblilərin dini dünyagörüşü və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2017 / 16:52
Ətraflı oxu

Pakistan mətbuatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məqalələr dərc edilib

Press-relizlər
23.02.2021 / 16:17
Ətraflı oxu

Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Press-relizlər
11.01.2018 / 16:48
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusu müzakirə olunub

Press-relizlər
30.03.2018 / 14:25
Ətraflı oxu