Bərdədə “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 07.02.2018 / 15:50

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, Lənbəran kənd tam orta məktəbinin direktoru Şöhlə Qasımova, eyni zamanda müəllim və şagird heyəti iştrak edib.
Məktəb direktoru Şöhlə Qasımova gənclərin və yeniyetmələrin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün istər müəllimlərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edən Şöhlə Qasımova tədris müəssisələrində bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının  sədri Əkrəm Əfəndiyev, İslamda gənclərə və gəncliyə verilən önəmdən, gənclərin tərbiyə edilməsində valideynlərin rolundan danışıb. İcma sədri, eləcə də layihə çərçivəsində baş tutmuş digər tədbirlər barədə məlumat verib, dini maarifləndirmə tədbirlərinin müsbət nəticələrini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, dünyada radikalizm və ekstremizmin yayıldığı bir dövrdə gənclərin onlardan qorunması üçün maarifləndirmənin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, radikalizmin təbliğat metodları barədə məlumat verərək gənclərə həmin təbliğatın təsirinə düşməmək üçün müvafiq tövsiyələr verib.
Mövzu ilə bağlı məktəbin müəllimi Rasim Quliyev və başqalarının da çıxışları dinlənilib.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın razılığı ilə nəşr edilmiş ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama
18.10.2016 / 15:40
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu

Göyçayda "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 08:55
Ətraflı oxu

Azərbaycan diplomatiyasının növbəti uğuru

Xəbərlər
01.07.2020 / 10:08
Ətraflı oxu

Zaqatalada “İslam: ənənə və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.09.2016 / 16:13
Ətraflı oxu