Lənkəranda “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 06.02.2018 / 16:06

Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Hirkan qəsəbə tam orta məktəbinin direktoru Adil Kərimov, Hirkan qəsəbə məscidi dini icmasının sədri Ayaz Mirzəyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adil Kərimov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. A.Kərimov gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə milli-mənəvi və dini dəyərlərin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu, dini radikalizm, ekstremizm və digər mənfi meyillərin Azərbaycan mədəniyyəti üçün yad olduğunu bildirib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışan E.Həmidli bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Hirkan qəsəbə məscidi dini icmasının sədri Ayaz Mirzəyev və digərləri çıxışlarında şagirdlərin mənəvi-əxlaqi dünyagörüşünün formalaşması və inkişafı baxımından mühüm əhəmiyyəti olan maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Ağcabədidə radikal dini təriqətlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2017 / 17:28
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Tərtərdə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 16:13
Ətraflı oxu

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv
07.06.2018 / 15:41
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Misir Mədəniyyət Mərkəzində olub

Press-relizlər
07.09.2018 / 15:51
Ətraflı oxu

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu