Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 02.02.2018 / 16:08

Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon Texniki, Təbiət və Humanitar təmayüllü gimnaziyanın şagird və  müəllim heyəti, eləcə də rayon ictimaiyyəti  iştrak ediblər.
Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev “Şəhadət”  sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, sənədli film dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir. O, filmin ərsəyə gəlməsində rolu olan hər kəsə, xüsusən də Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə qısa məlumat verib, filmdə Azərbaycandan kənarda mövcud olan qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaq üçün getmiş şəxslərdən və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizdən bəhs olunduğunu qeyd edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və  tədbir iştirakçıları film barədə öz təəssüratlarını bölüşüblər. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələrini qəbul edib

Press-relizlər
16.12.2015 / 17:59
Ətraflı oxu

Qaradağ məktəbliləri üçün radikalizm və ekstremizm ilə mübarizə yollarından bəhs edən maarifləndirici tədbir keçirilib

Press-relizlər
18.05.2017 / 16:23
Ətraflı oxu

DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
01.02.2019 / 10:24
Ətraflı oxu

Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2018 / 10:02
Ətraflı oxu

“İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2017 / 15:32
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri təşkil olunub

Press-relizlər
14.02.2020 / 16:51
Ətraflı oxu